SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, mərhum Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapışırılıb.

Dəfndə Əşrəfoğlunun yaxınları, jurnalistlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

E.Əşrəfoğlu oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.

BAKU.WS
QALEREYA