Bu il ibtidai sinif şagirdləri üçün hazırlanan çantaların üzərindəki yazılar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.Hətta bəzi çantaların üzərində "I love Hacı Şahin” sözləri də yazılıb.

BAKU.WS-in məlumatına görə, bununla bağlı Hacı Şahin Həsənli faktxeber.com-a danışıb. İlahiyyatçı bunu kimin, nə məqsədlə etdiyindən xəbəri olmadığını deyib: "Mən də sosial şəbəkələrdən öyrənmişəm. Ona görə bunu kimin təşkil etdiyi, nə şəkildə olduğu barədə  hər hansı fikir söyləməkdə çətinlik çəkirəm”.

"Bəs ümumiyyətlə fərdlərin adlarının bu formada çantaların üzərinə yazılmasına necə baxırsız?”, - sualına cavab olaraq isə Hacı Şahin Həsənli bu məsələyə düzgün baxmadığını deyib:

"Ən azından bu barədə həmin insanın özü ilə danışmaq, razılığını almaq olardı. Təbii ki, mən buna razı olmazdım. Ümumiyyətlə, məktəbli çantalarının üzərinə şəxslərin adlarının yazılması, fikrimcə, düzgün deyil və heç bir anlamı yoxdur. Bunu bir insanın adından qazanc məqsədilə istifadə kimi qiymətləndirirəm”

Ziya Səccad
BAKU.WS