SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən daxildir.

Qeyd edək ki, bu gün həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi də Türkiyəyə uçub. Xilasetmə qrupunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov yola salıb, müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-in müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola salınıb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 1 ədəd tibbi yardım avtomobili, həmçinin 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

BAKU.WS
QALEREYA