ABŞ zabiti olan azərbaycanlının bacısı ilə ailə quran Tomasla - VİDEO

Ermənistanın Qarabağda müharibə cinayətlərini Britaniya ictimaiyyətinə çatdıran əcnəbi vətəndaş sosial şəbəkələrdə kampaniya başladaraq Azərbaycan xalqının diqqətini çəkib.
Tomas Amiral Mudi Baku TV-yə verdiyi müsahibəsində 2011-ci ildən azərbaycanlı xanımla ailəli və üç övladı olduğunu deyib.
O, ABŞ-ın hərbi donanmasında xidmət edən azərbaycanlı hərbi zabit Nəimi Amiral ilə necə tanış olduğundan bəhs edib:
“Nəimi ABŞ-da hörmət sahibi bir zabitdir və biz onunla fəxr edirik. N.Amiral çox təvazökardır və mən onunla ilk dəfə Britaniyada tanış oldum. Mən sevdiyim qadını ailəm ilə tanış etmək üçün apardıqda o da gəldi və beləcə biz tanış olduq”.
Övladlarınızın da gələcəkdə dayıları kimi hərbçi olmağını istəyərdinizmi? - sualına Tomas belə cavab verib:
“Bu, mənim üçün çox xoş olar”.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Polad Həşimovun xanımı: "Bəlkə də telefonu yanında olsaydı..." - MÜSAHİBƏ - FOTO
Bu günlərdə dilimizə daha bir doğma kəlmə hopdu. Atamız kimi, anamız kimi, Vətənimiz, balamız kimi artıq Generalımız deyirik... bir dildən, bir qəlbdən. General...