124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı
18
fev
2019
10:17
Yanvar ayında 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb. BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.Yanvarda qonşu ölkəyə ümumilikdə 1587 xarici vətəndaşın girişinə qadağa qoyulub.Gürcüstana buraxılmayan xarici vətəndaşlar arasında İran vətəndaşları 576 nəfərlə birinci yeri tutub. İkinci yerdə isə Hindistan vətəndaşlarıdır. Keçən ay bu ölkənin 366 vətəndaşı Gürcüstana buraxılmayıb.Üçüncü yerdə Azərbaycan gəlir. Hesabata əsasən yanvarda Türkiyənin 116, Türkmənistanın isə 72 vətəndaşı ölkəyə buraxılmayıb.Qonşu ölkəyə girişlə bağlı qadağanın tətbiq olunduğu Rusiya vətəndaşlarının sayı 58, Ermənistan vətəndaşlarının sayı 50, Özbəkistan vətəndaşlarının sayı 44, Pakistan vətəndaşlarının sayı 28, Misir vətəndaşlarının sayı 16, İraq vətəndaşlarının sayı 15, Qırğızıstan vətəndaşlarının sayı 13, Qazaxıstan vətəndaşlarının sayı isə 11 nəfər təşkil edib.BAKU.WS
Oxşar xəbərlər
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 70% artıb
2018-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 4464,5 min n...