Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır.
BAKU.WS xəbər verir ki, xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobillərinin mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0.3 manat, mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2 001-4 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 9 manat, mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat + mühərrikin həcminin 4 001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat, mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manat olmaqla hesablanır.
Mühərrikin həcmi 3 000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə isə mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat + mühərrikin həcminin 3 001-4 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat, mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4 001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 40 manat, mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 80 manat aksiz dərəcəsi tətbiq edilir.
Hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi yuxarıda qeyd edilən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1.2, dizel mühərrikli minik avtomobillərinə isə 1.5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.
Dəyişikliyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1.5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.
Oxşar xəbərlər
BP "Şahdəniz" yatağında seysmik kəşfiyyatın başlama tarixini açıqlayıb
Böyük Britaniyanın BP şirkəti "Şahdəniz" yatağında 2026-2035-ci illəri əhatə edən uzunmüddətli seysmik tədqiqat proqramını həyata keçirmək niyyətindədir. BAKU.W...