Əmək məzuniyyəti ilə bağlı YENİ TƏKLİF

“İl ərzində əmək məzuniyyətinin mütləq istifadə olunması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb. Bu sahədə müəyyən tələblərin nəzərə alınmasını istəyirik”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı deyib.
DƏMX rəisi qeyd edib ki, işçi bəzən bilərəkdən məzuniyyətini istifadə etmir: “Buna səbəb sonda müəyyən şəkildə kompensasiya almaq istəyidir.
Lakin bu, dügzün yanaşma deyil. İşəgötürənlərə tövsiyə edirik ki, qabaqcadan işçilərlə razılaşdırılmış şəkildə məzuniyyət qrafiki təsdiq edilsin.
Məcəllədə qrafikin tərtib olunması nəzərdə tutulub, lakin imperativ norma olmadığından tərtib olunmaya da bilər.
Qrafik tərtib olunsa işəgötürən işçinin qarşısında tələb qoya bilər ki, məzuniyyət hüququndan istifadə edilsin. İllərlə məzuniyyətdən istifadə olunmaması gələcəkdə işəgötürənlər üçün arzuolunan deyil. Bu əməyin mühafizə qaydalarının pozulmasına gətirib çıxara bilər”.
Oxşar xəbərlər
Bu aydan bütün işçilərin maaşından tutulacaq - RƏSMİ
1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-nef...
