SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda Ramazan ayının başlanacağı tarix açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən BAKU.WS-ə bildirilib ki, Azərbaycanda Ramazan ayının aprelin 14-də başlanacağı gözlənilir.

Qeyd edək ki, müqəddəs Ramazan ayı müsəlmanlara hicri təqviminin ikinci (622-ci il) ilində əmr edilmişdir. Ramazan ayı insanlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları Allahı sevməyə, gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Ramazan ayının digər müsəlman aylarından daha fəzilətli olması isə məhz bu ayın axırıncı on gecəsinin birində Quranın nazil edilməsidir. Bu gecə "leylətul-qədr" - qüdrətli, əzəmətli gecə adlanır.

Qeyd edək ki, Ramazan ayı Fitrə bayramı (eyd-ül fitr) ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidir. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır.

BAKU.WS