SİZİN REKLAM BURADA!
055 213 76 73


İnfarkt keçirərək Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RDM) yerləşdirilən Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev evə buraxılıb.

BAKU.WS xəbər verir ki, bunu report-a çıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.

Onun sözlərinə görə, E.Quliyevin vəziyyəti yaxşıdır və müalicəsi ev şəraitində davam edir: "Demək olar, sənətkarımızın qida rasionundan tutmuş dərman qəbuluna qədər hər şey həkimlərin nəzarəti altında davam edir".

Qeyd edək ki, Eldar Quliyev yanvarın 18-i 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

BAKU.WS