SOCAR: İndiyədək 45 əməkdaş dəniz özülləri arasında daha təhlükəsiz yerlərə köçürülüb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) küləkli havanın gözlənilməsi ilə əlaqədar olaraq istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, açıq səthlərdə aparılan işlər dayandırılıb, idarə aparatında və sahələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.
İ. Əhmədov bildirib ki, indiyə qədər 45 əməkdaş dəniz özülləri arasında daha təhlükəsiz yerlərə köçürülərək, əsasən Neft Daşlarına gətirilib.
Oxşar xəbərlər
Sabahdan Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar DƏYİŞƏCƏK
Azərbaycanda dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tə...
