110 minə yaxın tələbənin təqaüdləri 20%-ə yaxın artacaq
14
fev
2019
19:31
"Prezident İlham Əliyevin tələbələrin təqaüdünün artırılmnası ilə bağlı sərəncamı 110 minə yaxın tələbəyə şamil olunacaq".BAKU.WS-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı müvafiq sərəncam 110 minə yaxın təhsilalanın sosial müdafiəsini gücləndirəcək: "Dövlət büdcəsinin vəsaiti hesabına 2019- cu ilin martın 1- dən təqaüdlər orta hesabla 20% -ə yaxın artacaq. Cənab Prezidentin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə digər sərəncamı ilə 2019-cu ilin martın 1- dən təqaüd yerlərinin sayı 16000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti hazırki 31 faizdən 45 faizə çatdırılacaq".BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda təqaüd alan tələbələrin sayı artırılır
Prezident İlham Əliyev ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.Sərəncamda qeyd olunu...