VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda əsirlikdə olan Amin Musayev Ağstafa sakinidir.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, o, Vətən müharibəsi başlayandan səfərbərlik xidmətinin yerli qurumuna könüllü olaraq müraciət edib.

Amin həm də ailənin tək övladıdır. Dost-tanışları, qohum və qonşular arasında vətənpərvər bir gənc kimi tanınıb.

Sentyabrın 29-da müharibəyə yollanan Amin işğal altında olan rayon və kəndlərimizin azad olunmasında iştirak edib. Şuşa ətrafında gedən döyüşlərdə yaralanan Amin düşmən tərəfindən əsir götürülüb. Onun sonrakı taleyi isə hamını, o cümlədən ailəsini narahat edir.

Onkoloji xəstə olan anası Hicran Sadıqova övladından xəbər gözləyir. Aminə tezliklə qovuşacaqlarına inanan ailəsi torpaqlarımızın azad olunduğu kimi, əsirlikdə olan hərbçilərimizin də öz evlərinə qayıdacaqlarına ümid edir.

Aminin dayısı Sənan Sadıqov bildirib ki, əsir düşməzdən qabaq onunla bir neçə dəfə telefonla danışıb. Hərbçimiz dayısına deyib ki, yüksək əhval-ruhiyyədədir və ordumuz inamla irəliləyir.

Qeyd edək ki, Amin Musayevin ailəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib. İndi onlar aidiyyətli qurumlardan övladları barədə məlumat gözləyirlər.

BAKU.WS
QALEREYA