SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Aprelin 20-də saat 10-dan 18-dək SOCAR-ın "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Mehdiabad”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Ərəbqədim” və "Mədrəsə”, Astara magistral qaz kəmərləri sahəsinin "Avrora”, "Xarxatan”, "Tüklə” və "Masallı” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Təmir müddətində Abşeron rayonunun Mehdiabad, Qobustan rayonunun Ərəbqədim, Şamaxı rayonunun Mədrəsə, Masallı rayonunun Ərkivan, Boradigah, Axundov və Tüklə kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, aparılan işlərin Lənkəran rayonunun və Masallı şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
 
BAKU.WS