10 tondan çox istifadəyə yararsız süd məhsulu məhv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə təhlükəsizliyin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Qurumdan BAKU.WS-ə verilən xəbərə görə, V“AZ FP CO LTD” MMC-nin Agentliyə daxil olan istehlaka yararsız və istifadə müddəti bitmiş ərzaq məhsulları ilə bağlı müraciəti əsasında həmin məhsulların məhv edilməsi barədə qərar qəbul olunub.
Qərara əsasən, “AZ FP CO LTD” MMC tərəfindən istehsal olunmuş, lakin istifadəyə yararlılıq müddəti bitmiş 69 adda, 10616.84 kiloqram çəkidə xama, qaymaq, yoğurt, dondurma və digər növ süd məhsulları Sumqayıt şəhərindəki Tullantıların Zərərsizləşdirməsi Poliqonunda müvafiq qaydada məhv edilib.
Oxşar xəbərlər
Azərbaycan şirkətləri niyə yerli fermerlərdən süd almır?
Ötən il Azərbaycan xaricdən 17 min 649 ton süd və qaymaq (o cümlədən çürümüş, qıcqırdılmış, toz halında, yoqurtdan başqa) tədarük edib. Bunun 5 min 792 tonu Rus...