10 minə yaxın abonent qazsız qalacaq
02
apr
2026
16:39
Ağcabədi şəhərində aprelin 3-ü saat 10:00-dan 9 584 abonent qaz təchizatı daxildən dayandırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, buna səbəb Ağcabədi qazpaylayıcı stansiyasında qidalanan daşıyıcı qaz kəməri üzərində qaz tənzimləyici şkafın quraşdırılması və Xəyal Həsən oğlu Həsənova məxsus obyektin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsidir.
Qaz təchizatı təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Oxşar xəbərlər
Paytaxtın hansı küçələrində sıxlıq var?
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarə...