I kurs tələbələrinin qeydiyyat müddəti uzadılıb

I kurs tələbələrinin qeydiyyat müddəti uzadılıb
Sosial 466

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə 2020-2021-ci tədris ilində qəbul olunmuş tələbələr 14 oktyabr saat 17:00-dək Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

BAKU.WS Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tələbələrin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatının aparılması üçün qeyd edilən müddətədək https://e-telebe.edu.az elektron portalına müraciət etmələri xahiş olunur.

Məlumat üçün bildirək ki, https://e-telebe.edu.az elektron portalı vasitəsilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda iyunun 6-7-də buraxılış imtahanları keçiriləcək

Azərbaycanda iyunun 6-7-də buraxılış imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali...

886 Sosial 09:47 01 iyun 2020

Son xəbərlər