Zülfiyyə Xanbabayeva: "Mənə bir xəbər göndər" - VİDEO
Xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını təqdim edib.
BAKU.WS xəbər verir ki, bəstə “Mənə bir xəbər göndər” adlanır və müəllifi RZZA-dır.
Nəğmənin aranjimanını Clavis ərsəyə gətirib. Xalq artisti mahnı üçün fotosessiya etdirib.
Xanbabayevanın şəklini Oktay Jaffer çəkib və stili üzərində Elnur Həsənov çalışıb.
Bunun üçün çəkiliş meydançasında özəl dekor qurulub. Xalq artistinin kadrarxası görüntülərini isə Mamed İsmayılov lentə alıb.
Layihənin prodüseri Nigar Hacızadədir. “Mənə bir xəbər göndər” artistin rəsmi yutub kanalı və bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...