Zəngin ərəblərin Azərbaycanda ov keyfi (VİDEO)
Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb.
BAKU.WS-in məlumatına görə, Azərbaycanın rayonlarında ov edən şeyxlər nadir canlıları ovlamağa davam edir.
Yüzlərlə canlı ovlayan ərəblər bu əyləncələrinə sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdirirlər. Videolardan görünür ki, ərəblər Azərbaycan hazırlıqlı gəliblər və bütün silah-sursatlarla təmin olunublar. Xüsusilə Qətər və Dubaydan ölkəmizə axın edən ərəblərin ova və Azərbaycana marağı həddən artıqdır.
Qeyd edək ki, ərəblərin ölkəmizdə turlarını yerli şirkətlər təşkil edir. Otel, silah-sursat və avtomobillərlə ərəbləri təchiz edirlər və bununla da yaxşı qazanc əldə edirlər. Artıq bu xidmət Azərbaycanda yeni biznes fəaliyyəti kimi formalaşmağa başlayıb.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Zəngin ərəblərin Azərbaycanda ov kefi (VİDEO)
Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb. BAKU.WS-in məlumatına görə, Azərbaycanın Saatlı, İmişli, Zərdab,...