Yenə yağış yağacaq - XƏBƏRDARLIQ

Yenə yağış yağacaq - XƏBƏRDARLIQ
Şou-biznes 1837

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək, Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 21-25 dərəcə isti, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

ETSN xəbərdarlıq edir ki, iyunun 16-sı axşamdan 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 17-18-də Bakıda və Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz saatlarında əksər rayonlarda əsasən yağmursuz. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.  

BAKU.WS

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən...

1952 Şou-biznes 13:30 26 may 2017

Son xəbərlər