"Yatdığı yerdə butulkanın arxası ilə başına vurub" - Əməkdar artistdən DƏHŞƏTLİ ETİRAF - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist, tanınmış aktrisa Nahidə Orucova mərhum qardaşı ilə bağlı dəhşətli fakt açıqlayıb.
BAKU.WS xəbər verir ki, aktrisa Space TV-nin "Gəl, dərdini danış" verilişində yeganə qardaşının ölümündən söz açıb:
“1997-ci ildə qardaşım dostu tərəfindən qətlə yetirilib. O adamın üstündə qardaşımın qanı və qızılları tapılmışdı, lakin həbsdən azad olunandan sonra mənə dedi ki, qardaşını mən öldürməmişəm, sadəcə bu qətli boynuma götürmüşəm. Həmin adamın adını deyəcəyinə söz verdi, amma demədi. Hadisədən əvvəl o, qardaşımın dəllək işlədiyi yerə gedib pul istəyibmiş. Amma qardaşım pulu olmadığını deyib. Bu günə qədər qardaşımın qatilinin kimliyi mənə sirr qalıb”.
Onun sözlərinə görə, həmin adam həbs olunub və azadlığa çıxandan sonra qatil olmadığını etiraf edib.
Aktrisa həmin şəxsin uzaq qohumları olduğunu da bildirib. Aktrisanın dediyinə görə dostu ondan borc pul istəyib. Rədd cavabı aldıqdan sonra onu qətlə yetirib:
"Qardaşım evində tək olub. Oğlu təzə doğulmuşdu, 40-ı çıxmamışdı. Gəlinimiz anasıgildə qalırdı. Dostu qardaşımın evinə gəlib, yatdığı yerdə butulkanın arxası ilə başına vurub öldürüb".
Oxşar xəbərlər
“Şainçik, danış, mənə pul versinlər...” – Şok VİDEO
2016-ci ilədək aprel məğlubiyyət, daha doğrusu itki ayı idi. Ya 1920-ci ilin 28 aprel işğalı ilə, ya da 1993-cü ilin 2 aprelində Kəlbəcəri düşmənə buraxıb çıxma...