"Yalı Çapkını"nın aktyoru ilk dəfə çətin günlərindən danışdı: Boşandım, aldadıldım...
Müğənni və aktyor Emre Altuğ dünən axşam saatlarında Girnədəki oteldə izləyiciləri ilə görüşüb.
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, səhnə öncəsi mətbuat nümayəndələrinin suallarını cavablandıran Altuğ son 10 ildə yaşadığı çətinliklərdən danışıb.
Altuğ "həm serial, həm də musiqi işiniz intensiv şəkildə davam edir. Bu haqda nə deyə bilərsiniz?" sualına, "Bu intensivliyi sevirəm. Tətilə çıxıb dincəlmək mənim üçün yaxşı deyil. 3 gündən sonra darıxıram, işləmək istəyirəm," deyə cavab verib.
Mətbuat nümayəndələrinin təkidi ilə son 10 ildə yaşadıqlarını izah edən Altuğ, "Boşandım, anamı itirdim, məni aldadıblar. Böyük maliyyə itkisi yaşadım. Sonra atamı itirdim," deyib.
Mətbuat nümayəndələrinin "Bu prosesi necə keçirdiniz?" sualına Altuğ, "Çətin idi. Çox ağır depresiya yaşadım. Mən pis günləri çox göstərən biri deyiləm. Bu vəziyyəti ilk dəfə sevdiklərimlə bölüşmək istədim. Məni ayaqda saxlayan oğullarım idi. Onlar mənim yeganə enerjimdir. Oğullarıma dayaq oldum," deyə cavab verib.
Oxşar xəbərlər
Əməkdar artist lüks malikanəsinə 4 000 000 AZN xərcləyib
Əməkdar artist Elnarə Abdullayevanın bahalı və lüks villası olduğu ortaya çıxıb. BAKU.WS xəbər verir ki, bu bu barədə "Həmin Zaur" proqramında aparıcı Zaur Kam...