Yağış yağacaq, dolu düşəcək - HAVA PROQNOZU

Yağış yağacaq, dolu düşəcək - HAVA PROQNOZU
Şou-biznes 1859

Mayın 4-də Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN-dən BAKU.WS-ə verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı,  qısamüddətli yağış yağacağı ehtimalı var.

Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti, Bakıda gecə  13-15° isti, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət   gecə  70-80 %, gündüz  45-55 %  təşkil edəcək.

Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz bəzi rayonlarda yağışda qısa fasilə yaranacaq.

Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.  

BAKU.WS

Oxşar xəbərlər

Sabah Bakıda 25° isti olacaq

Sabah Bakıda 25° isti olacaq

Mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. BAKU.WS-in məluma...

1082 Şou-biznes 13:45 01 may 2017

Son xəbərlər