XƏBƏRDARLIQ: Azərbaycanda qorxulu xəstəlik yayılıb
Rusiyanın "Quberniya-33" saytı turistlər üçün infeksiya xəstəliklərinin yayıldığı ölkələrin siyahısını dərc edib.
BAKU.WS-in məlumatına görə, siyahıda Azərbaycanın da adı qeyd olunub. Rusiyanın ərazisinə malyariya xəstəliyi əsasən Afrika ölkələrindən gətirilir. Bununla yanaşı, Asiya, Cənubi Amerika, həmçinin Tacikistandan və Azərbaycandan da bu xəstəlik Rusiyaya gələ bilər.
Eyni zamanda Azərbaycanda 90-cı illərin ortalarından malyariya xəstəliyi yayılmağa başlayıb.
BAKU.WS haqqin.az-a istinadla xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Suleyman Məmmədov xəstəliyin son vəziyyətinə aydınlıq gətirib.
"Azərbaycanda malyariya 1994-cü ildən və 1998-ci ilə qədər sürətlə yayılıb. O zaman həqiqətən ölkədə minlərlə insan bu xəstəliyə yoluxdu. Ciddi nəzarət və müalicə hesabına bu xəstəliyin yayılmasının qarşısı alınıb. 2012-ci ildən bu yana malyariya xəstəliyi ilə bağlı cəmi iki hadisə qeydə alınıb".
Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda faciə: 7 yaşlı uşağın beyni quruya bilər (FOTO, VİDEO)
7 yaşlı İlfanın bir gözü yoxdur, digəri isə tutulmaq təhlükəsi ilə üzləşib. İlfan Mustafayev dünyaya göz açarkən beynində qan sızması yaranıb. Həkimlərin diaqno...