Xatirədən Məlahət Abbasovaya: "Heç olmasa sakit oturun" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün azərbaycanlı aktrisa Məlahət Abbasova Ukrayna prezidenti Volodimir Zelenskini sərt tənqid etmişdi. Aktrisanın bu tənqidi fikirləri hər kəs tərəfindən qınanılıb.
BAKU.WS xəbər verir ki, müğənni Xatirə İslam da Məlahət Abbasovanın Ukraynanın dövlət başçısı haqqında səsləndirdiyi sözlərə etiraz edib:
"Məlahət Abbasova, əvvəla onu deyim ki, istənilən insan ölkə başçısı ola bilər. Prezident olmaq üçün xüsusi Ali təhsil müəssisəsi yoxdur. Azərbaycanlı tərəfindən bu cür yanaşmanın olmasını istəməzdim. Heç olmasa sakit oturun.
P.S. Ronald Reyqan həm yaxşı aktyor, həm də yaxşı prezident olub. Amerika kimi böyük dövlətdə 2 dəfə seçilib. Belə həssas dönəmdə kimsə səhvən danışa bilər, amma bunu yazıb yayımlamaq Azərbaycanın adına yaraşmır, bunu etməyək".
Oxşar xəbərlər
"Əxlaqsız qadını, bar qızını oynadığıma görə utanmıram" - aktrisa Rəhimə Qüdrətova (VİDEOMÜSAHİBƏ)
BAKU.WS-in budəfəki müsahibi "Xəzər TV"də yayımlanan "Ay yay yay" serialında Nuray obrazını canlandıran gənc aktrisa Rəhimə Qüdrətovadır. -Zəhmət olmasa özünüzü...