Xalq artistindən ETİRAF: “Bakıda ilk şaxta baba mən olmuşam” – VİDEO

14
yan
2019
15:33
ARB TV-nin “Hüseynova bacıları” verilişində xalq artisiti Rafael Dadaşov maraqlı açıqlamalar edib.BAKU.WS xəbər verir ki, aktyor Bakıda Şaxta baba geyimində şəhərə çıxmağı dəb halına saldığını etiraf edib:“Mənim atam Məlik Dadaşov çox məşhur şaxta baba idi. İndi şaxta babalıq mənə daha çox yaraşır, o zaman belə kök deyildim, arıq, hündürboy oğlan idim, məni heç kim tanımırdı. Naxçıvandan gəlmişdim, 1-2 il idi Bakıdaydım. Atam Məlik Dadaşovun kostyumunu geyinirdim. Küçəyə şaxta baba paltarında çıxmağı dəb halına saldım. 1966/1967-ci illərdə şaxta baba küçədə nə gəzirdi?! Əlimdə ağac, çemodanla, saqqallı, əynimdə qırmızı xalat küçəyə çıxdım. Bunu ilk mən etdim. Xüsusi sifariş deyildi, məcburiyyət qarşısında olub. Bir bağçadan digər bağçaya çatdırmırdım. İndiyədək yadımdadır, Nizami metrosu tərəfdən MUM-un yanına gəlməli idim. Paltarımı çıxarım, əl-üzümü silib gedim ora, orada təzədən əynimi geyinim, bu vaxt itkisi idi. Məcburiyyət qarşısında paltarlı halımla çıxdım ki, gedəcəyim yerə vaxtında çatım”.BAKU.WS
Oxşar xəbərlər
Bakıda Şaxta baba döyüldü - VİDEO
Bakıda Şaxta Baba döyülüb.BAKU.WS a24.az-a istinadən xəbər verir ki, Yeni il günü paytaxtın Nizami küçəsində Şaxta Baba paltarını geyinərək şəhər sakinlərini əy...
