Xalq artisti: "Evimdə şəhid var, ad günümü qeyd etməyəcəm!"
Yeniliklərdən dərhal xəbərdar olun
"Şəhidlərimizin ili çıxmayıb. Ad günü keçirmirəm".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. Bu gün 61 yaşı tamam olan sənətçi şəhidlərimizin əziz ruhuna hörmət və ehtiram əlaməti olaraq ad gününü qeyd etməyəcəyini bildirib:
"İllərdir davam edən Qarabağ həsrətimiz sona yetdi. Bu gün rahat şəkildə biz ora gedib-gəlirik. Bu, mənim üçün böyük xoşbəxtlikdir. Biz qələbə qazanan dövlətik, millətik, Qarabağımız, bütün torpaqlarımız azaddır.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bizə qələbə hissini yaşadan oğullarımız arasında şəhid olan qardaşım oğlu İsrafil İbrahimov da var. Allah bütün şəhidlərimizə rəhmət etsin. Mənim evimdə şəhid var. Bundan əlavə, şəhidlərin il mərasimləri var. Buna görə də ad günümü qeyd etməyəcəm”.
Oxşar xəbərlər
Məşhurlar Səyyad Əlizadədən yazdılar: "Heyif, Səyyad bəydən…" - FOTO
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadə ötən gün axşam saatlarında müalicə aldığı xəstəxanada vəfat edib. Sənətçinin dünyasını dəyişməsi həm sevənlərini, hə...