Xalça müzeyinin direktoru işdən azad edildi (RƏSMİ)
Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva işdən azad edilib.
BAKU.WS məlumat verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin bu gün keçirilən kollegiya iclasında bildirib.
Nazir R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edərək onun vəzifəsini müvəqqəti olaraq muzeyin işçisi Mira Məmmədxanovanın icra edəcəyini bildirib:
"Röya Tağıyevanın artıq 71 yaşı var. O, təcrübəli muzey işçisidir. Mən imkan vermərəm ki, onun 50 ildə qazandığı nailiyyətlər heç olsun. O, hörmət-izzətlə təqaüdə göndəriləcək".
Xatırladaq ki, bu ayın əvvəlində nazirlik R.Tağıyevaya şiddətli töhmət vermişdi.
BAKU.WS
Oxşar xəbərlər
Nazir Flarmoniya rəhbərini cəzalandırdı (RƏSMİ)
Mədəniyyət və Turizm Nazirliyində ötən gün kollegiya iclası keçirilib. BAKU.WS nazirliyin mətbuat xidmətinə istinadən məlumat verir ki, iclası açıq elan edən n...