“WhatsApp”dan möhtəşəm yenilik - FOTO

“WhatsApp”dan möhtəşəm yenilik - FOTO
Şou-biznes 2343

“WhatsApp” mesenceri istifadəçilərə faylları təkrar göndərməzdən əvvəl onlara izah əlavə etməyə imkan verən yeni funksiyanı sınaqdan keçirir.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, tətbiqin “Android” 2.23.8.22 beta versiyasında fotolar, videolar, sənədlər və ya GIF-lərə başlıqlar daxil etmək üçün yeni mətn sahəsi olacaq.

Faylı təkrar göndərmək üçün düymə basıldıqda proqram mövcud təsviri silmək və istifadəçinin öz imzasını əlavə etmək imkanını verəcək.

Mütəxəssislərin fikrincə, bu xüsusiyyət ümumi şəkil və ya sənədə yeni kontekst əlavə etmək istəyənlər üçün ideal seçim olacaq.

“Mediafaylı təkrar göndərməmişdən əvvəl izahlı mesajın əlavə edilməsi - anlaşılmazlıqların qarşısını ala və proqram daxilində ünsiyyəti yaxşılaşdıra bilər”, - deyə tərtibatçılar vurğulayıblar.

Funksiya geniş auditoriya üçün yaxın günlərdə əlçatan olacaq.

“WhatsApp”dan möhtəşəm yenilik - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Vatsapda yeni funksiya işə düşüb

Vatsapda yeni funksiya işə düşüb

Vatsap istifadəçilərə mesaj göndərməzdən əvvəl faylları idarə etmək üçün yeni seçimlər verəcək. BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "WABetaInf...

1519 Şou-biznes 22:51 24 dekabr 2021

Son xəbərlər