"WhatsApp" işlədən hər kəs üçün VACİB XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
"WhatsApp" qrup söhbətləri üçün "Zəng Planlaşdırma" funksiyası üzərində işləyir.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bu xüsusiyyət sayəsində eyni qrupdakı "WhatsApp" istifadəçiləri əvvəlcədən zəng planlaşdıraraq onlayn görüş keçirə biləcəklər.
Aşağdakı ekran görüntüsündə göründüyü kimi, planlaşdırılan zəng qrup söhbətlərinin yuxarı sol tərəfindəki üç nöqtəli menyu vasitəsilə təyin olunacaq. Başlıq, tarix və vaxt bu sahədən müəyyən ediləcək. "WhatsApp" qrupunun istifadəçiləri əvvəlcədən təyin edilmiş bu zəng üçün vaxtlarını öncədən qura biləcəklər.
Yalnız qruplar üçün sınaqdan keçirilən xüsusiyyət "Android" üçün Beta 2.23.4.4 yeniləməsi ilə sınaqdan keçirilir. Onun stabil versiyaya nə vaxt gələcəyi hələ məlum deyil.
Oxşar xəbərlər
Ekran qarşısında keçirdiyi vaxtı azaltmaq istəyənlərə 5 TÖVSİYƏ
Televizorunuzu söndürdünüz, telefonunuza baxdınız və saatın gecə 2 olduğunu gördünüz. Yəni kompüterinizi açıb ekran qarşısında işə başlamağınıza cəmi bir neçə s...