Vüsalə Əlizadə: "Bəxtəvər həyatı olan heç bir qadın gün ərzində bu qədər stressi, yükü daşıya bilməz"
Aparıcı Vüsalə Əlizadə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, məşhur şəxsi instaqram hesabında gün ərzində gördüyü işlərdən danışıb. O həm evdə, həm də işdə işlədiyi üçün özünü yorğun və halsız hiss etdiyini bildirib.
Aparıcı gün ərzində işlərini yekunlaşdıra bilmək üçün ac və yuxusuz qaldığını dilə gətirib.
"Uşaqları hazırlığa apardım. Gəldim evdə qonaq var idi. Hazırlıq gördüm. Səhərə yaxın saat 5-də yatdım. Saat 8-ə işləmiş oyanıb işə getmişəm. Canlı efir təqdim etmişəm. Daha sonra növbəti bayram çəkiişlərini etmişəm. Heçnə yemədən, yuxusuz, ard-arda 6 saat çəkiliş etmişəm. Çox yorğunam. Gərgin gün keçirmişəm".
Vüsalə instaqramda paylaşdığı videosu ilə ona bəxtəvərlik verənlərə də eyham vurub:
"Bəxtəvər və rahat həyatı olan heç bir qadın gün ərzində bu qədər stressi, yükü daşıya bilməz"- deyə o, bildirib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"
Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz edibl...