Vüqarın atası danışdı: "Pandemiyadan sonra evlənəcəkdi" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mərhum meyxanaçı Vüqar Paşayevin (Biləcəri) atası Zakir Paşayev "O üz" proqramına müsahibə verib.
BAKU.WS xəbər verir ki, o, bir əvvəl rəhmətə gedən meyxanaçı oğlunda danışıb. Zakir Paşayev pandemiyadan sonra Vüqarın evlənmək istədiyini bildirib:
"Evə neçədə gəlirdisə, məni qucaqlayıb öpürdü. Onun yoxluğu ilə barışa bilmirəm. Mən ölməli idim. Amma o rəhmətə getdi. Deyirdim, "gəl evləndirək səni". Deyirdi ki, "evlənəcəm". Sonra pandemiya bitdi. Dedi: "sən nə deyirsən, odur. Evlənirəm ata, subay qalmayacam ki..."
Qeyd edək ki, Vüqar Biləcəri ötən il avqustun 29-da vəfat edib. Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilirdi. Meyxanaçı Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Oxşar xəbərlər
Vüqar Biləcərinin sevgilisi onunla evlənməməyindən danışdı: O cür oğlanı... - VİDEO
Mərhum meyxanaçı Vüqar Paşayevin (Biləcəri) sevgilisi Samirə Zeynallı "Elgizlə izlə" verilişinə qonaq olub. BAKU.WS xəbər verir ki, proqram zamanı Samirə ona q...