Vüqar Biləcərinin sevdiyi xanım 16000 AZN-lik kitabın təqdimatını etdi - VİDEO

Mərhum meyxanaçı Vüqar Paşayevin (Biləcəri) kitabının təqdimatı olub.
BAKU.WS xəbər verir ki, 33 yaşında dünyasını dəyişən meyxanaçının sevgilisi Samirə Zeynallı onun “XIV əsr sonra” adlı nəşrinin təqdimat mərasimini keçirib. Təqdimat rejissor Nail Kəmərlinin yutub kanalında yayımlanıb.
Tədbirdə Vüqar Biləcərinin həmkarları iştirak ediblər. Onlar arasında meyxanaçılar Ağamirzə, Namiq Qaraçuxurlu, Orxan Lökbatanlı və digərləri yer alıblar.
Mərhum meyxanaçının sevdiyi xanım Samirə Zeynallı müsahibə verərək bu kitabın ərsəyə gəlmə prosesindən danışıb. O, nəşr hazırlanarkən müəyyən çətinliklərlə üzləşdiyini bildirib:
“Maddi olmasa da, mənəvi çətinliklərlə qarşılaşdım. Mənəviyyatı olmayan insanların mənə daş atması, incitməsi məni daha çox incitdi. Vüqarın bütün əl yazmalarını başa düşə bilmədiyimizdən (həkim resepti kimi yazırdı) onların hamısının yenidən yazılması vaxt apardı. Nəşrin 2000 tirajına 16000 min AZN pul çıxdı”.
Samirə Zeynallı kitabların 20 AZN-dən satışa təqdim ediləcəyini bildirib.
Qeyd edək ki, Vüqar Biləcəri ötən ilin avqustun 29-da vəfat edib. Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişidiyi bildirilirdi. Meyxanaçı Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Oxşar xəbərlər
Vüqar Biləcərinin sevgilisi: “Kimin nə həddinə ki, onun yanındakı qadından...” - MÜSAHİBƏ - FOTO
Mərhum meyxanaçı Vüqar Biləcərinin vaxtsız vəfatı həm meyxana sənətində, həm də Samirə xanımın həyatında böyük boşluq yaradıb. Uzun zamandır gündəmdən düşməyən...
