"Ustalar pulumu alıb başıma oyun açdılar" - Azərbaycanlı aktrisa (FOTOLAR)

20
fev
2019
14:26
Aktrisa Sonaxanım Əliyeva ATV-də yayımlanan "Buğlama" layihəsindəki obrazı haqda danışıb. BAKU.WS-ə açıqlama verən aktrisa bunları deyib:"Obrazım Mariya xanım - ev yiyəsidir. Milliyətcə rusdur. Burada yaşadığı üçün yarı Azərbaycan, yarı rus dilində danışır. Senariyə görə, yeni evimi təmir etdirirəm. Ustalar isə pulumu alıb evimi təmir etmirlər. Əslində, onlar heç usta da deyillər. Hər dəfə müxtəlif bəhalərlə məni aldadırlar. Bir sözlə, başıma oyun açırlar". S. Əliyeva belə halların real həyatda da baş verdiyini qeyd edib:"Təbii ki, bu cür hadisələr real həyatda da olur. Çoxu mənə yazır ki, biz də belə ustalarla rastlaşmışıq".BAKU.WS


Oxşar xəbərlər
Ülviyyə Əliyevanın 7 illik verilişi bağlandı (EKSKLÜZİV)
Aktrisa, aparıcı Ülviyyə Əliyeva yeni mövsümə hazırlaşır. BAKU.WS-ə özəl açıqlama verən aktrisa yeniliklərindən danışıb:"7 il apardığım "Zəhmətkeş ulduzlar" ver...
