Azərbaycanlı aktrisanı biabır etdilər: Başqasının ərini əlindən alan... - FOTO
09
may
2018
11:00
Xəzər Televiziyasında yayımlanan “Ata ocağı” serialında Nəcibə obrazını canlandıran gənc aktrisa Arzu Abdulova sosial şəbəkədə təhqirlərə məruz qalıb.BAKU.WS yenicag.az-a açıqlama verən aktrisa obrazının insanlar tərəfindən birmənalı qarşılanmadığını deyib:“İndiyə qədər bir çox seriallarda oynamışam. Belə reaksiya ilə heç vaxt qarşılaşmamışam. Amma “Ata ocağı” serialında oynadığım Nəcibə obrazı sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Bilirsiniz ki, serialda Nəcibə Rəşidi yoldan çıxararaq, onun məşuqəsi olur, həyat yoldaşından ayırır. Sosial şəbəkədə hər kəs məni müzakirə edir, hətta təhqirlərə məruz qalıram. Məni söyürlər. Yazırlar ki, “başqasının ərini əlindən alan həyasız” və s. Amma onlara başa sala bilmirəm ki, bu reallıq deyil, sadəcə serialdır. Həyatda tamamilə fərqli insanam. Hər halda, obrazı təbii oynamasaydım, yəqin ki, belə reaksiya doğurmazdı”.Qeyd edək ki, “Həyat sən nə qəribəsən”, “Cehizsiz gəlinlər”, “Baldız” və digər seriallarda rol alıb.BAKU.WS
Oxşar xəbərlər
Elçin Əlibəylinin xanımı od püskürdü: “Maral bədənini şişirdən oğlanlarla...”
Tanınmış teleaparıcı Elçin Əlibəylinin “Space” Televiziyasında yayımlanan “El bizim, sirr bizim” adlı verilişində müğənni Maral Tahirqızı ilə yaşanan qarşıdurma...