"Yaşamağıma az qalıb" - Azərbaycanlı aktrisa kövrəldi

Yaşamağıma az qalıb - Azərbaycanlı aktrisa kövrəldi
Şou-biznes 10449
Avqustun 22-də aktrisa, müğənni Sonaxanım Əliyeva doğum gününü qeyd edib.BAKU.WS xəbər verir ki, aktrisanın 43 yaşı tamam olub.Yeni yaşında ilk açıqlamasını saytımıza verən S. Əliyeva bunları deyib:"Mənim üçün doğum günüm heç vaxt sevincli bir gün olmayıb. Düşünmüşəm ki, ən azı 1 il də ömrümdən gedir. Düzdür, ad günümü həmişə gözləmişəm, amma heç vaxt sevinclə qarşılamamışam. Dərk edirəm ki, 1 il də yaşamağıma az qalıb. Ad günümdə çox duyğusal oluram. Onu da deyim ki, çox xoşbəxtəm ona görə ki, ad günümdə hiss edirəm ki, nə qədər məni sevən insanlar, sənət dostlarım var. Şərt o deyil ki, pulum çox olsun və varlı olum. Ən böyük var-dövlət saysız-hesabsız dostlarımın, tanışlarımın və sevənlərimin olmasıdır". Qeyd edək ki, aktrisa S. Əliyeva "Pərvanələrin rəqsi", "Vicdan haqqı", "Bir ailəm var" və s. seriallarda rol alıb.Hüseyn MəmmədsalahovBAKU.WS

Son xəbərlər