Azərbaycanlı aktrisa doğum gününü qatarda qeyd etdi - VİDEO

Azərbaycanlı aktrisa doğum gününü qatarda qeyd etdi - VİDEO
Video
Şou-biznes 2583
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Ləman İmanova 39-cu doğum gününü çox fərqli formada qeyd edib.BAKU.WS xəbər verir ki, aktrisanın doğum günü film çəkilişlərinə təsadüf etdiyinə görə, o, tortu belə qatarda kəsməli olub. Sənət dostları Ləman İmanova üçün mahnı oxuyublar və onu təbrik ediblər. Qeyd edək ki, aktrisa Ləman İmanova Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif səpkili rollar ifa etməkdədir. Onlardan Nata ("Nazirin xanımı"), Natəvan ("Mənim günahım"), Röya ("Mənim günahım") və Zeynəb ("Cəhənnəm sakinləri") kimi obrazları xüsusi qeyd etmək olar. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər