"Vicdan haqqı"nın Larisası: "Qapalı həyat tərzi sürürəm, amma bilirəm ki, çətindir"
28
dek
2017
14:07
ATV-də aparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan "Bizimləsən" verilişinə qonaq olan aktrisa Çimnaz Sultanova maraqlı açıqlamalar verib.BAKU.WS-in məlumatına görə, aktrisa verilişdə anasını analıqdan məhrum etmək istəyən Oktaya bunları deyib:“Mənim də sənin yaşında bir oğlum var. Ölərəm, əgər oğlum mənə səninlə qalmaq istəmirəm desə ölərəm. Buna dözə bilməzdim. Şəxsi həyatımdan heç vaxt danışmamışam, qapalı həyat tərzi sürürəm, amma bilirəm ki, bu, necə çətindir. Əziz xanımlar, Allahdan istəyirəm ki, heç bir qadın başsız qalmasın. Deyirlər ki, cənnət bizim - analarımızın ayaqları altındadır. Bilirəm ki, anam da indi məni izləyir. Fürsətdən istifadə edib anama demək istəyirəm ki, ana, bağışla məni. Hər birimiz səhv edirik. Bu dünyada anadan müqəddəs heç nə yoxdur. İnan mənə, səni bu dünyada ana qədər heç kəs sevməyəcək".
Verilişin sonunda isə Çimnaz Sultanova “Vicdan haqqı” serialından uzaqlaşdığını bildirib:"Bu gün bura Çimnaz kimi deyil, Larisa kimi gəlmişəm. Sizinlə vidalaşıram. Artıq "Vicdan haqqı"ndan gedirəm. 2 il, 3 mövsüm əlimdən gələni elədim ki, bu obraza hər kəs nifrət eləsin və bu məndə alındı. Hamı deyirdi ki, elə yaxşı oynayıram ki, yəqin həyatda da belə insanam. Amma inandırım sizi ki, 2 il çox əzab çəkdim, stress keçirdim. Mənim üçün bu obrazı canlandırmaq çox çətin idi".Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
“Vicdan haqqı”nın rejissorundan sərt reaksiya: "O qadın haqqında danışmaq istəmirəm"
“Vicdan haqqı” serialında Dilarə obrazını Bakı Musiqi Akademiyasının əməkdaşı vokalist Aygün Zeynalovanın canlandırması tamaşaçılar tərəfindən birmənalı qarşıla...