"Duşda qadınlar gizli şəklimi çəkməyə çalışırlar" - "Vicdan haqqı"nın Larisası
13
iyn
2017
15:19
Azərbaycanlı aktrisa «Vicdan haqqı» serialının Larisası Çimnaz Sultanova sosial şəbəkədə qalmaqallı açıqlama edib. BAKU.WS-in məlumatına görə, o, bəzi xanımların onun paxıllığını çəkdiyini deyib. "Əziz və gözəlliyimin paxıllığını çəkən xanımlar! Heç vaxt sizdən gözəllik sirlərimi gizlətməmişəm, həmişə səhifəmdə paylaşmışam. Etikanın nə olduğunu bilməyən xanımlar geyim və duş otağında gizli şəklimi çəkməyə çalışırlar. Ümumiyyətlə, hər yerdə gizli şəklimi çəkmək istəyən şərəfsizlər var. Plastik əməliyyat etdirsəydim, sizdən gizlədərdim? Əksəriyyəti düşünür ki, həkimlərin reklamına çəkilmişəmsə, deməli, plastik əməliyyat etdirmişəm. Əsla! "Plastik əməliyyat etdirib” yazan paxıl xanımlar, sakitləşin. Bilin ki, paxıllıq insanı qocaldır. Sevgi isə cavanlaşdırır və gözəlləşdirir". BAKU.WS
Oxşar xəbərlər
Hamı "Vicdan Haqqı" serialının Larisasının bu fotosundan danışır (FOTO)
"Vicdan Haqqı" serialının Larisası aktrisa Çimnaz Sultanova yenidən sosial şəbəkənin gündəmindədir. BAKU.WS xəbər verir ki, yeni yayılan fotolarla diqqət mərkə...