Aktrisa icra hakimiyyətinə müraciət etdi: "Əziyyət çəkirəm, kömək edin" - EKSKLÜZİV
14
avq
2018
16:36
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Cəmilə Tağızadə yay tətili ilə əlaqədar artıq bir müddətdir Azərbaycandadır. BAKU.WS xəbər verir ki, Qusar rayonunun Şirvanlı kəndinə yollanan aktrisanın başına iş gəlib. Saytımıza özəl açıqlama verən C. Tağızadə bunları deyib:"Nə mən kəndi, nə də kənd həyatı məni sevdi. Özümü çox pis hiss edirəm. Bir az külək əsən kimi, yağış yağan kimi işıq və su olmur. Su əvvəl az da olsa gəlirdi, amma işıq olmayanda heç gəlmir. 2 gün işıqsız qaldım burada. Qusar rayon İcra Hakimiyyətinə müraciət edirəm, onlardan kömək gözləyirəm. Çox istəyirəm ki, su və işıq problemi həllini tapsın. 10 gündür buradayam, çox əziyyət çəkirəm, kömək edin. Burada yaşayanlar isə illərdir bu problemlə üz-üzə qalıblar". Qeyd edək ki, aktrisa Türkiyə vətəndaşı Murad Temizlə ailəlidir. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
"Əziyyət çəkirəm" - Müğənni Cəmilə artıq dözə bilmir - VİDEO
Müğənni Cəmilə "Xəzər TV"də aparıcı Tarix Əliyevin təqdimatında yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub.BAKU.WS xəbər verir ki, "Elit star" vaxtı ikə...