"Azərbaycanı tərk edən kimi türkcə danışırlar" - Aktrisadan həmkarlarına atmaca - FOTOLAR
03
avq
2018
11:36
Türkiyəyə gəlin köçən azərbaycanlı aktrisa Cəmilə Tağızadə bir neçə həftədir ki, Azərbaycandadır. Tədbirlərin birində BAKU.WS-ə özəl açıqlama verən aktrisa həmkarlarını sərt tənqid edib. C. Tağızadə deyib ki, Türkiyədə yaşasa da ana dilini unutmur: "Görürəm ki, Azərbaycanda filmlərimiz, seriallarımız çəkilir, inkişaf, irəliləyiş var. Buna görə çox sevinirəm. Məyus olduğum məqam isə odur ki, o filmlərdə mən yoxam. Düzünü deyim, Azərbaycandan film və seriallara çəkilməyim üçün təklif almışdım. Qonorar az olduğuna görə razı olmadım. Gün o gün olsun ki, Azərbaycanda da milyonluq layihələr olsun. Türkiyədə isə mənə radio aparıcısı olmaq təklifi gəlmişdi, amma türk dilində yaxşı danışa bilmədiyim üçün alınamdı. Hazırda türk dilimi təkminləşdirirəm. Orada daim Azərbaycan dilində danışıram. İndi çalışıram ki, türk dilini öyrənim. Elə insanlar var ki, Azərbaycanı tərk edən kimi türkcə danışırlar. Gördüyünüz kimi, məndə elə bir şey yoxdur, "turkish girl" olmamışam, türksayağı danışmıram. Mən heç vaxt öz xalqımı, milli-mənəvi dəyərlərimi ikinci plana atmamışam. Əsas odur ki, əvvəl özümüz özümüzə dəyər verək, ondan sonra digərləri də bizə dəyər verəcək". Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın 14 yaşlı “Selena Qomez”i - VİDEO
ARB Ulduz-un “Şou məkan” verilişinin növbəti qonağı 14 yaşlı müğənni-model Səbinə Bəyli olub.O ilk olaraq musiqiyə olan maraqğından söz açıb: “Mənim 14 yaşım va...