Afaq Aslan: "Türkiyədə bir film üçün 1 milyona yaxın məbləğə soyundum"

Afaq Aslan: Türkiyədə bir film üçün 1 milyona yaxın məbləğə soyundum
Şou-biznes 9613

 

Müğənni Afaq Aslan Türkiyədə filmə çəkilir.

Müğənni  bildirib ki, yeni rol aldığı filmdə açıq-saçıq səhnələr yer alıb:

"Xeyli vaxt idi ki, Azərbaycandan və Türkiyədən film təklifləri alırdım. Amma onların bir çoxu ürəyimcə deyildi. Həm də yaradıcılıq işləri ilə bağlı Türkiyədə bir neçə müqavilə bağladığım. Yəni, müqaviləyə əsasən, razılıq olmadan, mən yeni nəsə edə bilməzdim. Xatırlayırsınızsa mən açıqlama vermişdim ki, "1 milyon versələr hansısa layihə üçün soyunaram”. Bu açıqlamam çox müzakirə olundu. Hətta buna görə məni tənqid edənlər oldu. Amma təxminən bu məbləğə yaxın bir qiymətə razı olub, Türkiyədə bir film üçün soyundum. Öncədən deyim ki, bu film Azərbaycanda çox səs-küyə səbəb olacaq. Müqaviləyə görə daha ətraflı açıqlama verə bilmərəm. Mən özümü bir aktrisa kimi də sınamaq istəyirəm. Kimlərinsə tənqidi mənim üçün önəmli deyil”.

A.Aslan onu da əlavə edib ki, yeni fotosessiya da etdirib.

Lent.az

BAKU.WS

Son xəbərlər