Afaq Aslan: “Şou-biznesdə yalnız mənim bədənim...” (FOTO)

Afaq Aslan: “Şou-biznesdə yalnız mənim bədənim...” (FOTO)
Şou-biznes 4967

Azərbaycanlı müğənni Afaq Aslan indi də özünü model kimi sınamaq qərarına gəlib.

BAKU.WS xəbər verir ki, ən son fotosessiyasından sonra model şirkətləri tərəfindən təkliflər alıb.

"Dəfələrlə söyləmişəm ki, müğənnilik, səhnədə olmaq mənim üçün bir hobbidir. Səhnədə olan zaman özümü rahat hiss edirəm. Sonuncu etdirdiyim fotosessiya sözün əsl mənasında müzakirələrə səbəb oldu. Xatırlayırsınızsa, bu yaxınlarda açıqlama vermişdim ki, Türkiyədə bir şirkətlə müqavilə bağlamışam. Məhz həmin şirkət mənim yaradıcılıq işlərimə yardım edəcək. Bundan başqa, məni model sahəsində də tanıdacaq. Bir sözlə, müğənniliklə yanaşı, modellik də edəcəyəm. Modelliklə bağlı Azərbaycandan da təkliflər aldım, amma qonorar məsələsində razılığa gələ bilmədik. Şou-biznesdə qadınlar arasında bədən parametrlərinə görə, modelliyə uyğun 2-3 müğənnidən 1-cisi özüməm. Özümdən razılıq kimi çıxmasın, yalnız mənim bədənim modelliyə uyğundur. Bəzi xanım müğənnilər efirə elə geyimdə çıxır ki, elə bil ki, mətbəxdən səhnəyə çıxıblar. Sonuncu çəkdirdiyim şəkillərimə görə məni qınayanlar çox oldu. Bütün bunlar məni daha da ruhlandırdı. Demək, mən varam ki, bəzilərinin yerini narahat edirəm”. 

Afaq Aslanın sözügedən fotolarını oxuculara təqdim edirik:

BAKU.WS

Son xəbərlər