“Ən bahalı maşını sürürüəm, əcəb edirəm” – Pərvin efirdə əsəbiləşdi - VİDEO
16
fev
2018
13:30
ARB TV-nin “Səhər-Səhər” verlişinə gənc aktrisa Pərvin Abıyeva qonaq olub.Aktrisa uzun zamandır haqqında yazılıb-pozulanlara cavab verib: “Azərbaycanda ən çox çəkilən aktrisa mənəm. Az çəkilir amma bütün aktrisalardan bahalı maşın sürür deyənlərdən soruşun görün ki, onlar kinostudianın qapısını tanıyırlarmı?! Əgər 1 ildə 5 filmin qalasında sırf baş roldasansa bu heç də az deyil. İldə 50 min olanda olur qonararım. Ən bahalı maşını sürürəm yaxşı edirəm, əcəb edirəm. Getsinlər onlar da etsinlər. Maraqlı olan bilirsiz nədi, səni görəndə qucaqlayıb öpürlər, sən birdənəsən, gözəlim, kuklam deyirlər. Üzünü çevirməyə peşmansan, üzünü çevirən kimi həmin dəqiqə dalınca min söz danışırlar”. Pərvin gəlirinin yalnız aktrisalıqdan gəlmədiyini deyib: “573 min izləyicisi olan “İnstagram” səhifəm var. Bütün məhşurlar kimi mən də reklam yerləşdirirəm və fikirləşirəm ki, bunu niyə də havayı etməliyəm. Əgər mən bu insana qazandırıramsa, mən də qazanmalıyam. Reklam edirəm və reklamlara çəkilirəm. Sırf çəkilim deyə çəkilmirəm. Deyirəm bu qiymətə istəyirsən çək, istəmirsən çəkmə. Çünki mən də əziyyət çəkirəm. Filmdi çəkilirəm, serialdı çəkilirəm. Mən işləyirəm, əziyyət çəkirəm. Niyə də qazanmamalıyam”. BAKU.WS
Oxşar xəbərlər
“Kişi olsam bütün günümü gözəl xanımla keçirərdim” – Pərvin Abıyeva (VİDEO)
ARB TV-nin “Kimi tapdın sən?” proqramının növbəti qonağı aktrisa Pərvin Abıyeva olub.Aktrisa aparıcının, “1 günlük kişi olsaz nə edərdiz?” sualına maraqlı cavab...