Tanınmış aktrisa Pərvin Abıyevanı BİABIR etdi: “Pərvin” deyəndə ağlıma 1000 manat gəlir

Tanınmış aktrisa Pərvin Abıyevanı BİABIR etdi: “Pərvin” deyəndə ağlıma 1000 manat gəlir
Şou-biznes 77064

"Maşın şou”da səs-küylü görüntüləri ilə sosial şəbəkəni bir-birinə vuran Pərvin Abıyava xanım həmkarları tərəfindən də topa tutulub.

Türkiyədə yaşayan aktrisamız Tunay Əliyeva Yenicag.az-a açıqlama verərək, Pərvinlə bağlı od püskürüb:

"Maşın şou”da o nə həyasızlıq idi? Utanmadan efirdə söyüş söyürdü. Biabırçılıq idi. Əslində, orda kimliyini ortalığa qoydu. Çıxıb efirdə ona-buna "qardaş, qardaş” deməsi ilə sadəcə, milləti özünə güldürdü. Biz bağçada deyilik, Pərvin də bizim müəlliməmiz… Nə də heç kim çörəyi qulağına yemir. O aktrisa kimi sıfırdır. "Pərvin” deyəndə mənim ağlıma aktrisa yox, sadəcə olaraq 1000 manat gəlir. Onun ayrı işi var, gedib öz işi ilə məşğul olsun. Hamı bilir o, nə işlə məşğul olur. Bundan sonra 100 il də keçsə, aktrisa ola bilməyəcək, çünki aktrisa olmaq üçün istedad gərəkdir. O da onda yoxdur”.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər