Rafetlə sevgili olduğu deyilən Pərvin Türkiyədə canlı yayıma qoşulub hər şeyi danışdı

Rafetlə sevgili olduğu deyilən Pərvin Türkiyədə canlı yayıma qoşulub hər şeyi danışdı
Şou-biznes 8211
Aktrisa Pərvin Abıyeva türkiyəli müğənni Rafet El Romanla sevgili olması ilə bağlı yayılan iddialara cavab verib.BAKU.WS-in məlumatına görə, Türkiyə telekanallarından birində yayımlanan “Canlı masa” verilişinə telefonla zəng edib.Müğənni Rafet El Romanla bağlı iddialara ilk dəfə münasibət bildirdiyini deyən Pərvin Abıyeva qeyd edib ki, bu iddialar tamamilə əsassızdır.“May ayından bəri Rafetlə görüşürük. Lakin bu sadəcə klip çəkilişləri ilə bağlıdır. Müğənni ilə iki gün əvvəl görüşmüşəm, artıq Azərbaycandayam”, - deyə Pərvin Abıyeva deyib.Aktrisa onu da deyib ki, Rafet El Romanla klip çəkilişləri hələlik təxirə salınıb.“Lakin El Romanla seriala çəkilmək üçün planım var. Bu barədə onunla da danışmışam”, - deyə Pərvin Abıyeva deyib.BAKU.WS

Son xəbərlər