Təranənin ailəsində toy - VİDEO/FOTOLAR

13
noy
2018
23:54
Aktrisa Təranə Əliyevanın ailəsində xoş gün yaşanıb. BAKU.WS-in məlumatına görə, aktrisanın bacısı Pərvanə sevib-seçdiyi Ruslan bəylə ailə həyatı qurub. Paytaxt restoranlarının birində baş tutan toyda Əməkdar artist Rəşad İlyasov, rəqqasə Oksana Rəsulova, müğənnilər Samir Piriyev, Ayaz Qasımov, Murad Arif iştirak ediblər. Rəqqasə Oksana Rəsulovadan dərs alan Təranə Əliyevanın qızı Aida da öz məharətini qonaqlara nümayiş etdirib. Aktrisa Təranə Əliyeva bacısının xoş günündə təəssüratlarını BAKU.WS-lə bölüşüb: "Çox həyəcan keçirirdim. Toyun bütün təşkilati işləri, demək olar ki, mənim üzərimə düşmüşdü. Bacıma Allahdan xoşbəxtlik arzu edirəm. Çox sevincliyəm. Allah belə xoş günlərdən hər kəsə qismət etsin". Hüseyn MəmmədsalahovBAKU.WS









Oxşar xəbərlər
Xalq artisti qızını gəlin köçürdü - FOTO
Xalq artisti, rəqqasə Təranə Muradova qızını gəlin köçürüb.BAKU.WS xəbər verir ki, rqqasənin qızı Zeynəb Eldar adlı bəylə ailə qurub. Toy məclisi dünən paytaxt...