Toyda bəy və gəlinin rəqsi düzgündürmü? - "Başqasından qalma dala" (VİDEO)

Toyda bəy və gəlinin rəqsi düzgündürmü? - Başqasından qalma dala (VİDEO)
Video
Şou-biznes 2492

 

Son dövrlər toylarda bəy-gəlin rəqsləri dəb halını alıb.

Artıq demək olar ki, hər toyda bəy və gəlinin xüsusi hazırlanmış rəqsi olur. Kimisi bunu istəyərək, kimisi isə "hər kəsdə var, mən də edim" düşüncəsi ilə hazırlayır.

Ancaq bu məsələyə münasibət birmənalı deyil. Gənclər buna normal baxsalar da, xüsusilə yaşlı və orta nəslin nümayəndələri bunu mentalitetə zidd hesab edirlər.

Sosioloqlar isə gənclər tərəfindən atılan bu addımı dövrün tələbi hesab edirlər. Amma bəzən bu tələb gənclərin bir çoxunda problemlərə yol açır.

Rəqs müəllimləri də deyirlər ki, bəy-gəlinlərin bir çoxu "başqasından qalma dala" prinsipi ilə rəqsə gəlirlər.

Amma bununla yanaşı, rəqsi sevərək öyrənənlər də var. Bəzi cütlüklər xarici rəqslərə üstünlük versələr də, əksəriyyət milli rəqsləri seçir. Ümumiyyətlə isə rəqslərin qiyməti qurulan rəqsə görə dəyişir.

Cütlüklər də özəl günlərində artıq dəb halını almış bu rəqslərin önəmli olduğunu düşünürlər.

Amma gənclər bununla bərabər hər kəsə maraqlı məsləhət də veriblər.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS

Son xəbərlər