Tolik yeni "Gelandewagen”inə görə cərimələnəcək; Vaqif Əsədovdan AÇIQLAMA+FOTO
08
iyn
2018
13:45
Prodüser Tolik (Tarix Əliyev) ad günündə ona hədiyyə edilən ağ "Gelandewagen”ə görə cərimələnəcək. Belə ki, sosial şəbəkədə Tolikin avtomobilini nümayiş etdirərkən bir nüans diqqəti çəkib. Prodüserin 90-EF-300 dövlət nömrə nişanınlı avtomobilində defis işarəsinin olmaması böyük maraq yaradıb. BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bu addımın qanun pozuntusu olduğunu qeyd edib:"Bu dövlət nömrə nişanlarının standartlarına müdaxilədir. Avtomobilin dövlət nömrə nişanında defis işarəsi olmayan şəxslər 50 manat cərimələnir. Bu qanuna əməl etmək hər kəsin borcudur. Əgər o avtomobil nömrəsində defisi silibsə, bilmirəm nəyə görə belə edib. Tolik hər zaman yol hərəkəti qaydalarını pozanları aşkar etdikdə bizə dərhal məlumat verib. Biz də həmin şəxslər barəsində təsirli tədbir görmüşük. Tolik qanunları sevən oğlandır. İnanıram ki, Tolik qısa zamanda nömrəsində olan bu çatışmazlığı aradan qaldıracaq".BAKU.WS
Oxşar xəbərlər
Sürücülərin diqqətinə: Polis 13 günə 100-dən çox sürücünü cərimələdi - VİDEO
Avtomobilin dövlət nömrə nişanında olan defis simvoluna görə cərimələnən sürücülərin sayı gündən-günə çoxalır. Bu barədə bakı şəhər dövlət yol polis idarəsinini...