"Teleqüllə" ətrafında sürüşməyə meyilli zonalar tapıldı - SOS
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakının Səbail rayonunda, "Teleqüllə" ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb, həmin ərazilər nə vaxtsa sürüşəcək".BAKU.WS modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, sürüşmə zonasında tədqiqatlar aparılır və bu proses uzun çəkəcək:
"Sürüşmənin baş verməsi, istiqamətinin hansı tərəfə getməsini müəyyən etmək və qarşısını almaq üçün addımlar atılacaq. Biz bunun qarşısını almaq üçün iş görürük. İlk növbədə bu ərazinin elmi cəhətdən tədqiqat işlərini aparıb bunun səbəbini lazımdı. Dron çəkilişləri də aparılır, kompleks tədbirlər görülür. İlkin məlumata görə, sürüşmə 46 metr dərinlikdədir".
BAKU.WSOxşar xəbərlər
Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçib (FOTO)
Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar 20-ci sahə yolindakı sürüşmə təhlükəsinin artması ilə bağlı AMEA nəzdində Respublka Seysmoloji Xidmət Mərkəzi...