Tbilisi metrosundan sərnişinlərə sürpriz – FOTOLAR

Tbilisi metrosundan sərnişinlərə sürpriz – FOTOLAR
Şou-biznes 1847
 

Tbilisi metropoliteninin sərnişinləri bu gün sürprizlə üzləşiblər - vaqonların oturacaqlarında onları "İntellekt” və "Artanuci” nəşriyyatlarının kitabları gözləyib.  

BAKU.WS xeber.ge-yə istinadən məlumat verir ki, aksiyanı Tbilisi meriyasının Şəhər nəqliyyatı xidməti təşkil edib.

Tbilisi meriyası həmçinin yaxın zamanlarda şəhər metrosunun bütün stansiyalarında elektron kitabxanalar quraşdırmağı planlaşdırır.  

"Şəhər-kitabxana” layihəsi çərçivəsində şəhər meriyası metroda elektron kitabların yüklənməsi üçün QR-kodlu qurğular quraşdıracaq. Bu, mətnlərin yüklənməsi üçün tam ödənişsiz vasitədir. Bunun üçün Saba Reader mobil əlavəsindən istifadə etmək lazımdır.

Tbilisinin küçə, park və bağlarında təxminən 300 elektron kitabxana artıq quraşdırılıb.

BAKU.WS

Tbilisi metrosundan sərnişinlərə sürpriz – FOTOLAR

Tbilisi metrosundan sərnişinlərə sürpriz – FOTOLAR

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Abituriyentlərin pulsuz imtahan şansları artırıldı

Abituriyentlərin pulsuz imtahan şansları artırıldı

Azərbaycanda abituriyentlər üçün ödənişsiz elektron sınaq imtahanlarının keçirilmə müddəti martın 31-dək uzadılıb. BAKU.WS-in Dövlət İmtahan Mərkəzindən əldə e...

1846 Sosial 20:25 27 mart 2017

Son xəbərlər